Qəzada adı keçən “AA” seriyalı maşın bu yüksək vəzifəli məmurundur - FOTO

13:23 - 2 Dekabr 2021 - CƏMİYYƏT

Bu gün səhər saatlarında Bakıda “AA” seriyalı avtomobilin iştirakı ilə yol qəzasının baş verməsi haqda məlumat vermişdik.

 

Rəsmi açıqlamada bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı  avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.
Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.


Manset.az qəzada adı keçən AA seriyalı avtomobillə bağlı araşdırma edib. Araşdırma nəticəsində bəlli olub ki, 10 AA 659 nömrə nişanlı “BMW” markalı avtomobil Azərbaycan Respublikası  Dövlət Neft Fonduna məxsusdur. Hazırda avtomobili sürücü Nəsimi Mustafayev idarə etsə də, o fondun icraçı direktoru İsrafil Məmmədovun sərəncamındadır.
 



Loading...

Xəbər xətti

18 Yanvar 2022