Bir neçə gün əvvəl toyu olan tanınmış cütlük ZƏHƏRLƏNDİ

12:54 - 2 Dekabr 2021

Bir neçə gün əvvəl toyu olan tanınmış cütlük ZƏHƏRLƏNDİ

Bir neçə gün əvvəl toyu olan aktyor cütlük Əmrah Dadaşov və Asya Atakişiyevanın başına iş gəlib.

 

Manset.az xəbər verir ki, cütlüyün yaşadığı binada yanğın çıxıb. "Bizimləsən" proqramına telefonla zəng edən Əmrah bildirib ki, Asya və onun səhhətində problem yaranıb, tüstüdən zəhərləniblər:

"13-cü mərtəbədə yaşayırıq. Bloka çıxanda dedilər yanğın var, düşün aşağı. Asyaya dedim ki, hazırlaş çıxaq. Blokdan xəbərsiz idim. Yanğın 15-ci mərtəbədə başlayıb. Evimizlə bağlı tam məlumatlı deyiləm, amma deyirlər, yüngül zərər dəyib. Asyanın gözlərində problem var idi, yaxşı görə bilmir. Məndə isə nəfəsalma problemi yarandı. Həmin an dəhşət idi, indi-indi özümə gəlirəm. İndi dostlarımızın evindəyik. İki dəfə təcili yardım gəldi".


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin