Avtomobil qəzasında ölən keçmiş polis bu deputatın bacısı oğludur- FOTO

09:53 - 2 Dekabr 2021

Avtomobil qəzasında ölən keçmiş polis bu deputatın bacısı oğludur- FOTO

Hacıqabulda axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Hadisə Hacıqabul Rayon Polis Şöbəsinin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Hacıqabul RPŞ-nin keçmiş əməkdaşı olub. 

Qeyd edək ki, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.(qafqazinfo)



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin