Deputatın bacısı oğlunu maşın vurub öldürdü - FOTO

08:48 - 2 Dekabr 2021

Deputatın bacısı oğlunu maşın vurub öldürdü - FOTO

Hacıqabulda axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, VAZ-2107 markalı 54 BG 680 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub.

Hadisə Hacıqabul Rayon Polis Şöbəsinin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində vəfat edən Şəhriyar Cəfərov Hacıqabul RPŞ-nin keçmiş əməkdaşı olub. Əldə etdiyimiz məlumata görə, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin