Makron Boris Consonu təlxək adlandırdı

22:21 - 1 Dekabr 2021 - DÜNYA

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Boris Consonu təlxək adlandırıb.

Manşet.az xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb. Makronun sözlərinə görə, Conson “böyük bir ölkəni idarə etsə də, onu nüfuzunu yerlə bir edir”. Makron belə bir bəyanatı La-Manş körfəzində miqrasiya böhranı fonunda verib: 

“Çox işlər görə biləcəyimiz belə bir böyük dövlətə təlxəyin rəhbərlik etdiyini görmək çox üzücüdür”, - deyə Makron bildirib. 

Consonun rəsmi nümayəndəsi hər iki ölkənin hökumətinə daha çox insan itkisinin qarşısını almaq üçün böhranın həllinə diqqət yetirməyi tövsiyə edib. 

Qeyd edək ki, fransalı və britaniyalı liderlərin münasibəti Consonun Fransa prezidentinə qeyri-qanuni miqrasiya ilə mübarizə aparmağı təklif edən məktubu açıq şəkildə yaymasından sonra pisləşib. Makron Consonun işə yanaşmasını tənqid edib və qeyd edib ki, ölkə liderləri bir-biri ilə Tvitter vasitəsilə və ya məktubların dərci ilə əlaqə saxlamamamlıdırlar.


Loading...

Xəbər xətti

18 Yanvar 2022