DSX-nin yaralı zabiti: “Helikopter 150-200 metr hündürlükdə uçurdu”

21:41 - 01 Dekabr 2021

DSX-nin yaralı zabiti: “Helikopter 150-200 metr hündürlükdə uçurdu”

"Uçuş zamanı helikoterdə nə nasazlıq olub, nə də ki helikopterə aid hər hansısa məhdudiyyəti aşma halı olub”.

Manşet.az xəbər verir ki, bunu Oxu.Az-a Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O, helikopterin uçduğu hündürlüyün məsafəsini açıqlayıb:

"Hava şəraiti də normal idi. Helikopter normal hündürlükdə – təxminən 150-200 metr hündürlükdə uçurdu. Ancaq qəzanın baş verdiyi eniş zamanı hündürlüyü dəqiq deyə bilmərəm.

Sərnişin kabinəsində olduğum üçün pilotun hansı manevrlər etdiyini deyə bilmərəm”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az