Qarabağda daha 4 erməninin meyiti tapıldı

00:27 - 11 İyun 2021 - CƏMİYYƏT

Erməni axtarış qrupları bu gün Füzuli və Cəbrayıl rayonları ərazisində 4 erməni hərbçisinin meyitini tapıblar.

Manşet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1567 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.


Xəbər xətti

20 İyun 2021