Xokkey matçı zamanı dava: Oyunçu rəqibinin əlini dişlədi

21:33 - 1 Dekabr 2021

Xokkey matçı zamanı dava: Oyunçu rəqibinin əlini dişlədi

 

"Ottava Senatros" və "Los-Anceles Kinqz" komandaları arasında keçirilmiş Amerika Milli Xokkey Liqası (NHL) matçında əlbəyaxa dava düşüb.

Manşet.az xəbər verir ki, insidentə qonaqların xokkeyçisi Brendan Lemyenin meydan sahiblərinin oyunçusu Bredi Tkaçuku təxribata çəkməsi səbəb olub.

Nəticədə Tkaçuk rəqibinə hücum edib. İnsident zamanı Lemye ukrayna əsilli xokkeyçinin əlini dişləyib. O, sözügedən hərəkətinə görə 5 oyunluq cəza alıb, həmçinin 38 750 avro cərimələnib. Vəsait Xokkeyçilərə Təcili Yardım Fonduna köçürüləcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin