Bir çox insan yumurta yeməkdən çəkinir. Buna səbəb isə yumurtanın qanda xolesterinin səviyyəsini yüksəltməsidir. Ancaq mütəxəssislər yumurtanın normal miqdarda qəbulu zamanı onun sağlamlığa zərər vermədiyi qənaətinə gəliblər.
Manset.az-ın xəbərinə görə, araşdırmalar sübut edib ki, sağlam insanlarda gündəlik yumurta istehlakı ürək-damar xəstəliklərinə səbəb olmur və qanda xolesterinin səviyyəsini artırmır.
Qanda xolesterinin səviyyəsi yüksək olan və şəkərli diabet diaqnozu qoyulan şəxslərə gündə birdən çox yumurta yeməmək məsləhət görülür. İdmançılara və aktiv həyat tərzi keçirən insanlara isə hər gün üç-dörd yumurta yemək tövsiyə olunur.
Qeyd edək ki, yumurtanın tərkibində yüksək keyfiyyətli protein, A, D, E, B12 vitaminləri, dəmir, selen, xolin, həmçinin göz sağlamlığı üçün zəruri olan lutein və zeaksantin var.
Yeganə