Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək.
Manset.az xəbər verir ki, günün yeganə oyununda “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. “Liv Bona Dea Arena”da reallaşacaq görüş saat 19:00-da başlayacaq.
Naxçıvan təmsilçisi 52 xalla 3-cü, Tovuz klubu isə 47 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, tur aprelin 20-də başa çatacaq.