Adananın Karataş rayonunda oyun oynayarkən itkin düşən 7 yaşlı Cumali Timi-nin cansız bədəni yaşadıqları çadırın yaxınlığındakı suvarma kanalında tapılıb.
Manset.az-ın məlumatına görə, ürəkdağlayan hadisədə Cumalinin cəsədi ekspertiza üçün morqa aparılıb, anası isə bu anlarda huşunu itirib.
Karanfil və İbrahim Timi (28) cütlüyünün iki övladından böyüyü olan 7 yaşlı Cumali 12 aprel səhəri dostu ilə oyun oynamaq üçün çadırdan ayrılıb.
Onun ayrıldıqdan sonra geri dönməməsi ailəni hərəkətə keçirib. Lakin axtarış nəticəsiz qalınca hadisə barədə jandarmaya məlumat verilib. Əraziyə jandarma və AFAD əməkdaşları cəlb olunub. Axtarış işlərinə dron və axtarış itləri də qoşulub. 5 gün ərzində yalnız bir tay ayaqqabısı tapılan Cumalidən acı xəbər bu gün gəlib.
Sözügedən görüntüləri təqdim edirik: