Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi - Cəzalandırıldı

14:47 - 17 Aprel 2025

Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi - Cəzalandırıldı

Lənkəranda qadın keçmiş sevgilisi tərəfindən şantaj edilib. Qadını şantaj edən şəxs subay olduğunu deyib, lakin iki övladı var imiş.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, 29 yaşlı Qasım (ad şərtidir) Lənkəranda təhsil alan tələbə Esmira (ad şərtidir) ilə tanış olub. Onlar arasında sevgi münasibətləri 2021-ci ildən başlayıb.

Qasım tanışlıq zamanı Esmiraya subay olduğunu deyib. Onlar Lənkəranda kirayə mənzillərdə, otellərdə görüşüblər, münasibətdə olublar. Həmin zaman Qasım Esmiranın fotolarını çəkib və mobil telefonunda saxlayıb.

Esmira Qasımın evli və iki uşaq atası olduğunu bilsə də onunla əlaqəni kəsməyib. Bunu isə Qasımı sevməsi ilə əlaqələndirib. Amma 2024-cü ildə Esmira nişanlanıb. Bunu eşidən Qasım Esmiranı şantaj etməyə, ondan pul istəməyə başlayıb.

Qasım Esmiraya deyib ki, tələb etdiyi pulu verməsi, onunla olan fotolarını qardaşına və nişanlısına göndərəcək. Esmira əvvəlcə Qasıma istədiyi pulu verib. Esmira sonradan Qasımla münasibətləri yaxşı saxlamağa çalışıb ki, şantaj edilməsin. Nişanlı ola-ola Qasımla münasibəti davam etdirib.

Bir müddət sonra Qasımla Esmiranın münasibətləri pozulub. Bundan sonra Qasım yenidən Esmiranı şantaj etməyə başlayıb. İlk dəfə Esmiradan 600 manat pul almağı bacaran Qasım bu dəfə 700 manat istəyib. Esmira isə pulunun olmadığını deyib. Bundan sonra Qasım Esmiranın fotolarını onun nişanlısına göndərib.

Esmira buna görə Qasımdan şikayətçi olub və ona ağır cəza verilməsini istəyib.

Qasım saxlanılan zaman onun ayağında elektron qolbaq olub. Çünki 2023-cü ildə narkotik istifadəsinə görə azadlığın məhdudlaşdırılması cəzası almışdı.

Törətdiyi əmələ görə Qasıma qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. İttiham görə Qasım saxlanılan zaman onun üzərindn narkotik vasitə də aşkar edilib.

Qasım bu əməllərinə görə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv