Məşhur cütlük ölümündən 2 ay sonra dəfn edildi

12:39 - 17 Aprel 2025

Məşhur cütlük ölümündən 2 ay sonra dəfn edildi
  • ABŞ-ın tanınmış aktyoru, Oskar mükafatı laureatı Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakava ölümündən iki ay sonra dəfn olunublar.


  • Manset.az xəbər verir ki, hadisə Nyu-Meksiko ştatının Santa Fe şəhərində baş verib. Məşhur cütlük fevral ayında yaşadıqları evdə ölü tapılmışdı. İstintaqın ilkin nəticələrinə əsasən, Betsi Arakava fevralın 12-də hantavirus ağciyər sindromundan, Cin Hekman isə fevralın 18-də Alzheimer xəstəliyi və böyrək çatışmazlığından irəli gələn ciddi ürək problemi nəticəsində dünyasını dəyişib.

  • Eyni zamanda cütlüyə məxsus olan üç itdən birinin də aclıq və susuzluqdan tələf olduğu müəyyən olunub.

Ölüm xəbərindən bir neçə gün sonra Hekman və Arakava ailəsinin yaxın qohumları və dostlarının iştirakı ilə Santa Fe şəhərində özəl vida mərasimi təşkil edilib. Məhdud sayda şəxsin qatıldığı tədbirdə aktyorun əvvəlki nikahlarından olan övladları – Fay Maltese, Kristofer Hekman, Elizabeth Hackman və Leslie Hackman da iştirak ediblər.

Cin Hekmanın vəsiyyətnaməsi ilə bağlı yayılan məlumatlar isə mübahisələrə səbəb olub. Belə ki, aktyorun 80 milyon dollarlıq sərvətini yalnız həyat yoldaşı Betsi Arakavaya vəsiyyət etdiyi, övladlarına isə heç bir pay ayırmadığı bildirilir. Arakavanın Hekmandan əvvəl vəfat etməsi bu vəsiyyətnamənin hüquqi qüvvəsi və mirasın bölüşdürülməsi ilə bağlı qeyri-müəyyənlik yaradıb.

Hazırda Hekman ailəsinin vəsiyyətnamə ilə bağlı hüquqi prosedurları başlatdığı və yekun qərarın sənədin məzmununa əsasən veriləcəyi gözlənilir.         


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv