8 Noyabrda maşınlar toqquşdu - VİDEO

11:41 - 17 Aprel 2025

8 Noyabrda maşınlar toqquşdu - VİDEO

Bakıda ağır qəza baş verib.


Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın 8 Noyabr prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 99-KN-086 dövlət nömrə nişanlı "HAVAL” markalı avtomobil 99-CU-303 qeydiyyat nişanlı "Hyundai”la toqquşub. Toqquşan avtomobillər daha sonra prospektlə hərəkət edən üçüncü maşına da çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi maddi ziyan dəyib. Ərazidə qəza səbəbilə nəqliyyatın hərəkətində poblemlər yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv