"Övladımın məzarını ziyarət edə bilməmişəm" - Mərhum meyxanaçının anası

09:27 - 17 Aprel 2025

\"Övladımın məzarını ziyarət edə bilməmişəm\" - Mərhum meyxanaçının anası

"Xəyyam kimi oğul itirmək özü böyük dərddir".


Manset.az Xəzər TV-yə istinadən məlumat verir ki, bu sözləri mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva deyib.

O, hələ də övladının məzarını ziyarət edə bilmədiyini söyləyib:

"Ayaqlarım yerimir, qollarım ağrıyır. Bu yaşda necə gedim? Biz çox tez ayrıldıq. Hələ 47 yaşı tamam olmamışdı, bizi tez tərk etdi. Otağı necə varsa, elə də qalıb. Elə bilirəm, indi o otaqdan çıxacaq və soruşacaq ki, "Ana, necəsən?". Onu həmişə gözləyirdim ki, evə gəlsin, sonra yatım. İndi də gözləyirəm ki, balam gəlsin.

Hələ məzarına gedə bilməmişəm. Şəklini görmüşəm, yalvarmışam ki, qayıt, gəl evimizə. Amma gəlməyib. Doymamış getdik bir-birimizdən".

Qeyd edək ki, ötən ilin dekabrında vəfat edən Xəyyamın ürəyində problem var idi.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv