“Megastar” ləqəbi ilə tanınan məşhur türk müğənnisi Tarkan Tevetoğlunun anası Neşe Tevetoğlu dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Məlumata görə, Antalyada yaşayan Neşe Tevetoğlu infarkt keçirərək həyatını itirib.
Hazırda Avropa turnesi çərçivəsində xaricdə olan Tarkan acı xəbəri aldıqdan dərhal sonra İstanbula geri dönüb.
Neşe Tevetoğlunun cənazəsi sabah İstanbulda dəfn olunacaq.
Qeyd edək ki, mərhum ötən il damar tıxanması səbəbilə İstanbulda təcili əməliyyat olunmuş və vəziyyətinin stabilləşdiyi bildirilmişdi. Son vaxtlar ayaq sağlamlığı ilə bağlı problemlər yaşayan Tevetoğlu mütəmadi olaraq müalicə alırdı.