Emil Pənahova yüksək vəzifə verildi - FOTO

15:30 - 16 Aprel 2025

Emil Pənahova yüksək vəzifə verildi - FOTO

"Azərbaycan Dəmiryolları" QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.


Manset.az Modern.az-a istinadla xəbər verir ki, o bundan sonrakı fəaliyyətini "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"ndə (AZCON) davam etdirəcək.

Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv