Yağışın fəsadları aradan qaldırılır - VİDEO

12:52 - 16 Aprel 2025

Yağışın fəsadları aradan qaldırılır - VİDEO

Ölkə ərazisində müşahidə olunan intensiv və güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.


Manset.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, yollarda suların  kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışmağa davam edir.

Əlavə olaraq fövqaladə hallarda mobil briqadalar fəaliyyət göstərir. Briqadalar suların ekstremal vəziyyətdə kənarlaşdırılması üçün lazımi texniki avadanlıqlarla təchiz edilib”,- məlumatda bildirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv