Köməksiz qalan uşaqlar belə xilas edildi - VİDEO

11:12 - 16 Aprel 2025

Köməksiz qalan uşaqlar belə xilas edildi - VİDEO

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.


Manset.az-ın nazirliyə istinadən məlumatına görə, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv