Uşaq İncəsənət Festivalı çərçivəsində növbəti ustad dərsi keçirilib
Manset.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub və şagirdlərin ifasında təqdim olunan konsert proqramını izləyib.
Sonda Xalq artisti Murad Hüseynov Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların fortepiano ixtisası üzrə təhsil alan şagirdləri üçün ustad dərsi keçib.