Emirates Airlines pilotunun anası oğlunun ilk enişini göz yaşları ilə qarşılayıb.
Manset.az xəbər verir ki, oğlunun idarə etdiyi Boeing 777 təyyarəsi məmləkətinə ilk enişini edib. Pilotun ailəsi bu anı çox sevinclə qarşılayıb.
Pilotun anası Mona Ghandour, təyyarənin enişini yaxınlıqda, uçuş zolağının kənarında gözləyib. Təyyarə yerə enərkən, Ghandour emosiyalarına hakim ola bilməyib və bu anı göz yaşları ilə qarşılayıb.
Yerli medianın çəkdiyi videolarda ananın, təyyarə enərkən onu telefonuna çəkdiyi və sonra dua edərək əllərini göyə qaldırdığı görünür.