Məşhur aktrisanın həyatı haqqında film çəkilir

19:28 - 15 Aprel 2025

Məşhur aktrisanın həyatı haqqında film çəkilir

"Yeşilçam" dövrünün unudulmaz simalarından biri olan Adilə Naşitin həyat hekayəsi haqqında film çəkiləcək.


Manset.az xəbər verir ki, Türk kinosunun sevilən aktrisasını bu dəfə Meltem Kaptan canlandıracaq.

1987-ci ildə vəfat edən teatr və kino sənətçisi Adilə Naşitin həyatından bəhs edən "Adilə" adlı filmin hazırlıqları davam edir. Tanınmış kino jurnalisti Birsen Altuntaşın məlumatına görə, filmin rejissoru Çağan Irmak olacaq. Layihə BKM tərəfindən ərsəyə gətirilir və filmin may ayında tamaşaçılara təqdim olunması planlaşdırılır.

Filmin ssenari müəllifi isə yazıçı Nermin Yıldırımdır. 

Filmdə Ertem Eğilmez, Qazanfer Özcan, Gönül Ülkü, Münir Özkul, Muhsin Ertuğrul, Müjde Ar, Tarık Akan, Ayşen Gruda, İtır Esen və Sevda Aktolga kimi Yeşilçam dövrünün tanınmış sənətçiləri də yer alacaq. Ekran əsərində bəzi aktyorların obrazlarını canlandıran şəxslər dəyişdirilib. Belə ki, ustad teatr aktyoru Qazanfer Özcanın nəvəsini Tarık Ündüz, Müjde Ar obrazını isə Seda Bakan canlandıracaq.

Xatırladaq ki, Adilə Naşit 57 yaşında bağırsaq xərçəngindən vəfat edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv