Bu halda Mourinyo gedəcək - Yeni iddia

15:57 - 15 Aprel 2025

Bu halda Mourinyo gedəcək - Yeni iddia

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı diqqətçəkən iddia yayılıb.


Manset.az xəbər verir ki, İspaniyanın "AS" nəşrinin məlumatına görə, əgər komanda bu mövsüm çempionluq titulunu qazanmasa, portuqaliyalı mütəxəssislə yolların ayrılması gündəmdədir.

Xatırladaq ki, ötən yay böyük ümidlərlə kluba gələn dünya şöhrətli məşqçi "sarı-göylər"də gözlənilən təsiri yarada bilməyib. Mourinyonun rəhbərliyi altında "Fənərbaxça" liqadakı əsas rəqibləri ilə oyunlarda istədiyi nəticələri əldə etməkdə çətinlik çəkib. Komanda kritik qarşılaşmalarda gözləntiləri doğrulda bilməyib.

Təkcə meydandakı nəticələr deyil, Mourinyonun meydandan kənar davranışları da mövsüm boyunca geniş müzakirələrə səbəb olub. Türkiyə Kuboku zamanı "Qalatasaray"ın baş məşqçisi Okan Burukla yaşanan insident, xüsusilə onun rəqibinin burnunu çimdikləməsi və Buruk üçün "meymun kimi tullanır" ifadəsini işlətməsi ölkə idman gündəmini zəbt etmişdi. Həmin ifadə irqçilik iddialarını da alovlandırmışdı.

Klub rəhbərliyinin Mourinyo ilə bağlı yekun qərarı mövsümün sonunda verəcəyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv