Paşinyan sülh istəyir yoxsa müharibə? - AÇIQLAMA

16:00 - 15 Aprel 2025

Paşinyan sülh istəyir yoxsa müharibə? - AÇIQLAMA

"Mirzoyan sülh müqaviləsini imzalamağa hazır olduğunu açıq şəkildə bəyan edib. Bu artıq sirr deyil. Ermənistan tərəfi bildirir ki, onlar sənədin mətninə imza atmağa hazırdırlar və onların tərəfindən hər hansı problem yoxdur. Əksinə, guya vaxtın uzanmasına Azərbaycan tərəfi səbəb olur".


Bu sözləri Manset.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, Azərbaycanın əsas məqsədi sülhün dayanıqlı və uzunmüddətli olmasıdır:

"Bu isə yalnız yeni münasibətlərin sabit təməllər üzərində qurulması ilə mümkündür. Əgər Ermənistanın konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları mövcuddursa, bu, istər-istəməz gələcəkdə yeni münaqişələrə səbəb ola bilər. Çünki bu gün Paşinyan hakimiyyəti sülh istəyə bilər, lakin sülhün təmin olunması üçün bu qərarı erməni xalqı da dəstəkləməlidir.

Əgər Ermənistan xalqı referendum yolu ilə Azərbaycanla sülhə razılıq verəcəksə, bu, eyni zamanda ərazi iddialarından imtina anlamına gəlməlidir. Məhz bu halda gələcəkdə möhkəm və sabit münasibətlərin təməli qoyula bilər.

Bu baxımdan, Mirzoyan və Paşinyanın məsələlərdən düzgün nəticə çıxarması vacibdir. Onlar artıq aldadıcı və qeyri-konstruktiv mövqelərindən imtina etməlidirlər".


Quliyeva Seyranə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv