Avstraliyanın Uels ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə tək olan pilot həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Broken Hill şəhərindən təxminən 260 kilometr şimal-şərqdə yerləşən White Cliffs uçuş-enmə zolağında qəzaya uğrayıb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanları pilotun hadisə yerində öldüyünü təsdiqləyiblər.
Polisin yaydığı açıqlamada bildirilir ki, təyyarədə pilotdan başqa heç bir sərnişin olmayıb. Qəza ilə bağlı araşdırmalar aparılır.