Bu ölkədə leysan yağışları nəticəsində 72 nəfər öldü 

14:30 - 15 Aprel 2025

Bu ölkədə leysan yağışları nəticəsində 72 nəfər öldü 

Konqo Demokratik Respublikasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 72-yə yüksəlib.


Manset.az xəbər verir ki, paytaxt Kinşasada baş verən təbii fəlakət nəticəsində azı 170 nəfər xəsarət alıb.

Daşqınlar 11 xəstəxanaya ciddi ziyan vurub, 5000-dən çox sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Hazırda fəlakət bölgələrində yardım və bərpa işləri davam etdirilir. Səlahiyyətlilər isə vətəndaşları ehtiyatlı olmağa və verilən rəsmi xəbərdarlıqlara əməl etməyə çağırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv