Sahibkarların müxtəlif resurslara çıxışını
dəstəkləyən, onlara sürətli və sərfəli maliyyə həlləri təqdim edən Birbank
Biznes, bu dəfə regionda yaşayan sahibkarlara dəstək olacaq. Belə ki, Sahibkarlar
Günü münasibətilə 26
aprel tarixində Gəncə şəhərində satış yarmarkası təşkil ediləcək.
Tədbirdə Birbank Biznes mobil tətbiqindən
qeydiyyatdan keçən, aktiv olan, eləcə də Gəncə və ətraf regionlarda fəaliyyət
göstərən mikro sahibkarlar iştirak edə biləcəklər. Bütün şərtlərə uyğun olan
sahibkarlardan təsadüfi yolla seçilənlər yarmarkada heç bir ödəniş etmədən
iştirak şansı qazanacaqlar.
Qeyd edək ki, tədbir 26 aprel 2025-ci il
tarixində saat 10:00-dan 22:00-a dək Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında
yerləşən “Gəncə Mall”-da baş tutacaq. Tədbirin sonunda iştirakçılar və qonaqlar
üçün əyləncəli proqram təşkil ediləcək.
Birbank Biznes bu təşəbbüslə sahibkarların fəaliyyətini
dəstəkləməyi və onların bizneslərinin tanıdılması, inkişafı üçün yeni imkanlar
yaratmağı hədəfləyir. Layihə sahibkarların məhsullarını tanıtmaqla yanaşı, həm
də onların iqtisadi inkişafını dəstəkləməyə və bir-birlərini tanıyıb yeni əlaqələr
qurmalarına yönəlib. Həmçinin, yarmarka regionda müxtəlif biznes sahələrində fəaliyyət
göstərən sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim
etmələrini təmin edəcək, iqtisadi əlaqələrin genişlənməsi və rəqabət qabiliyyətinin
artırılması üçün də zəmin yaradacaq.
Birbank Biznes müştərilərində
suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı
məlumat üçün https://birbank.business/ saytına keçid edin və
ya 896 məlumat mərkəzinə zəng edin.