İsrail Misir vasitəsilə Qəzza zolağında hərbi əməliyyatları müvəqqəti dayandırmaq və davamlı atəşkəs haqqında danışıqlara başlamaq təklifini Həmas-a təhvil verib.
Manset.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, Qahirə İsrailin təşəbbüsünü artıq HƏMAS-a çatdırıb və onların cavabını gözləyir.
İsrail şərtlərdən biri kimi HƏMAS-ın tərksilah edilməsində israr edir. HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.