ABŞ-də bu məhsullara 25% rüsum tətbiq oluna bilər

08:30 - 15 Aprel 2025

ABŞ-də bu məhsullara 25% rüsum tətbiq oluna bilər

ABŞ administrasiyası tərəfindən hazırlanan əczaçılıq məhsullarına gömrük rüsumları hazırda xarici avtomobillərə tətbiq edilən rüsumlar kimi 25% təşkil edə bilər.

Manset.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

    "Biz artıq öz dərmanlarımızı istehsal etmirik. Dərman şirkətləri İrlandiyada, bir çox başqa yerlərdə, həmçinin Çindədir. Mənim etməli olduğum tək şey əczaçılıq məhsullarına rüsum tətbiq etməkdir. Biz bunu edəcəyik. Bu, avtomobillərlə etdiyimiz kimi olacaq. Bildiyiniz kimi, bizdə avtomobillərə 25% rüsum var. Bizdə polad və alüminiuma da 25% rüsum var və bu kateqoriya hazırda ehtiyac duyulan kateqoriyadır”, - o bildirib.

    Tramp rüsumların tezliklə tətbiq olunacağını da vurğulayıb.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv