Alimlər ulduz titrəyişlərindən onun yaş və həcmini müəyyən edə bilərlər.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bu kəşf Günəşin gələcəyini və Süd Yolunun keçmişini anlamaq yolunda mühüm addım ola bilər. Məlumata görə, Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri səmadakı ulduzların alətlər kimi titrədiyini və bu titrəyişlərin ulduzların yaşı, həcmi və təkamül vəziyyəti haqqında ipucu verdiyini aşkar ediblər. Bildirilir ki, NASA-nın “Kepler K2” missiyasının əldə etdiyi məlumatlar sayəsində yaşı 4 milyard il olan 27 ulduzdan ibarət M67 ulduz çoxluğu araşdırılıb. Elm adamları hər ulduzun daxili quruluşunu, temperaturunu və yaşını müəyyən ediblər. Tədqiq olunan ulduzlar təxminən 4 milyard il əvvəl eyni qaz buludundan meydana gəliblər.
Alimlərin fikrincə, bu ulduzlar Günəşin keçmişdə olduğu ulduz ailəsinə çox bənzəyir. Buna görə də araşdırmalar təkcə uzaq ulduzlara deyil, həm də Günəşin gələcəyini araşdırmasında mühüm rol oynaya bilər.