Aprelin 14-də Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən istifadə edərək “G7”nin kredit mexanizmi çərçivəsində Ukraynaya 752 milyon funt sterlinq (990 milyon ABŞ dolları) göndərib.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Böyük Britaniyanın Ukraynaya son tranşı 2,26 milyard funt sterlinq məbləğində planlaşdırılan üç ödənişdən ikincisidir. Birinci trans martın 6-da baş tutub və 752 milyon funt sterlinq təşkil edib.
Qalan vəsaitin 2026-cı ildə ödənilməsi planlaşdırılır.
“Dünya gözlərimizin önündə dəyişir, qlobal qeyri-sabitlik, xüsusən də Rusiyanın Ukraynaya qarşı aqressiyası ilə yenidən formalaşır”, - Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib.