Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.
Manset.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.
"Bu, çox sadədir. Onların (İran - red.) nüvə silahı ola bilməz və onlar (ABŞ ilə danışıqlarda - red.) tez hərəkət etməlidirlər. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik", - Tramp bildirib.