Ölkənin birinci bankı Kapital Bank-ın
aktivləri 1 aprel 2025-ci il tarixinə 12 milyard manat təşkil edib. Müştərilərə
verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub.
1 aprel 2025-ci il tarixinə olan nəticələrə
görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib. Bankın 1 aprel
2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və
imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 55 milyon
manat olub.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard
& Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu
reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul
krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.