"lham Əliyevin Çinlə əlaqələri artıq dostluq səviyyəsinə qədər yüksəlib" - Açıqlama 

16:38 - 14 Aprel 2025

\"lham Əliyevin Çinlə əlaqələri artıq dostluq səviyyəsinə qədər yüksəlib\" - Açıqlama 

"Azərbaycan-Çin münasibətləri son dövrlərdə kifayət qədər inkişaf edib. Əslində, tarixi baxımdan yanaşdıqda, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Çinlə münasibətlər ilk mərhələdə qurulmuşdu və bu münasibətlər qarşılıqlı maraqlara, eyni zamanda regional inkişafa əsaslanırdı".


Bu sözləri Manset.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, sonrakı dövrlərdə, xüsusilə Prezident İlham Əliyevin hakimiyyəti dövründə və bu günədək Azərbaycan-Çin münasibətləri inkişaf edən templə davam etmişdir:

"Son dövrlərdə isə bu münasibətlərin daha fərqli və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Hətta Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında saziş də mövcuddur ki, bu da iki ölkənin bir-birini qarşılıqlı şəkildə strateji tərəfdaş kimi tanıdığını göstərir".

Politoloq qeyd edib ki, hazırda Azərbaycanda Çin istehsalı olan mallara, avtomobillərə və texnoloji məhsullara olan tələbat artmışdır ki, bu da iqtisadi sahədə əməkdaşlığın genişlənməsi ilə bağlıdır:

"Paralel olaraq, Çin həm xarici siyasət baxımından, həm də iqtisadi sahədə Azərbaycanı dəstəkləyən önəmli ölkələrdən biridir.

Aydın məsələdir ki, Çin bu gün dünya bazarında ciddi bir gücə sahibdir və bu güc kontekstində Azərbaycan da Şərq bazarının əsas oyunçularından biri olan Çinlə əməkdaşlıqda həm siyasi, həm də iqtisadi baxımdan maraqlıdır. Prezident İlham Əliyevin Çinlə əlaqələri artıq dostluq səviyyəsinə qədər yüksəlib. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın iki mühüm enerji layihəsi — TANAP və TAP layihələrində Çinin də rolu az deyil.

Hazırda Mərkəzi Asiya neft və qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasında və Transxəzər layihəsinin icrasında Çin olduqca maraqlıdır. Azərbaycan isə Asiya bazarına xam neft və enerji məhsullarının ixracında Çinlə əməkdaşlıqda maraqlı görünən ölkələrdən biridir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv