Türk ulduz İspaniyanı ikiyə böldü - Oyunu müzakirə yaratdı

16:01 - 14 Aprel 2025

Türk ulduz İspaniyanı ikiyə böldü - Oyunu müzakirə yaratdı

Arda Gülərin "Real Madrid"in "Alaves"i 1:0 hesabı ilə məğlub etdiyi oyunda göstərdiyi performans İspaniyada müzakirələrə səbəb olub.


Manset.az xəbər verir ki, gənc futbolçu bəzi mətbuat orqanları tərəfindən təriflənsə də, digərləri tərəfindən sərt tənqidlərə məruz qalıb.

“Marca” Ardanın çıxışını yüksək qiymətləndirərək ona yüksək qiymət verərkən, jurnalist Antonio Romero futbolçunun şansından maksimum yararlanmadığını müdafiə edib:

"Ən çox Arda Güləri oyundan çıxarılanda bəyəndim. O, oyuna ən çox təsir etdiyi an idi. İlk hissədə Rüdiger onu qapıçının qarşısında tək qoyarkən açıq-aydın səhv etdi və məncə, o, təkbətək vəziyyətdə hər şeyi qarışdırdı".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv