Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Manset.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Fransanın Xarici İşlər naziri Jan-Noel Barroya istinadən yazır.
“Əlcəzair hakimiyyəti 12 əməkdaşımızdan 48 saat ərzində Əlcəzair ərazisini tərk etməyi xahiş edib".
Qəzetin yazdığına görə, qərar Fransa Daxili İşlər Nazirliyinin diplomatlarına və inzibati işçilərinə aiddir. Barrot deyib ki, qovulma əmri "Fransa ərazisində cinayət törətməkdə şübhəli bilinən üç Əlcəzair vətəndaşının" həbsindən sonra verilib. Qəzetdə onların aprelin 11-də yaxalandığı bildirilib.
Barrot qeyd edib ki, Əlcəzairin bu addımı cavabsız qalmayacaq.