ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda İranla bağlı qərar verməyi planlaşdırdığını bildirib.
Manset.az xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablayarkən danışıb.
"İranla bağlı çox tezliklə qərar verəcəyik".
Qeyd edək ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Tehran və Vaşinqton nümayəndələri arasında ilk məsləhətləşmələr keçirilib. İran nümayəndə heyətinə Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
İkinci tur aprelin 19-da baş tutacaq.