Banqladeşdə müvəqqəti hökumət vətəndaşların İsrailə getməsinə qadağa qoyaraq pasportlara “İsrail istisna olmaqla” ifadəsini yenidən daxil edib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin həftə ərzində dərc etdiyi təlimata uyğun olaraq, “Bu pasport İsrail istisna olmaqla, dünyanın bütün ölkələri üçün etibarlıdır” ifadəsi yenidən tətbiq edilib.
Milli mətbuat bu qərarın İsrailin Qəzza zolağında törətdiyi qətliamı pisləmək üçün paytaxt Dəkkədə minlərlə insanın iştirakı ilə keçirilən "Azad Fələstin" aksiyasından sonra verildiyini bildirib.