Qarabağ Universitetində10 fakültə fəaliyyət göstərəcək

09:58 - 14 Aprel 2025

Qarabağ Universitetində10 fakültə fəaliyyət göstərəcək

Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

"Qarabağ Universiteti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələr başqa universitetləri də seçə bilərdilər. Hüquq fakültəsinə qəbul olanlar 600 baldan çox yığan tələbələrdir", - E.Əmrullayev əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv