ABŞ-İran danışıqlarının ikinci raundu Romada baş tuta bilər

09:40 - 14 Aprel 2025

ABŞ-İran danışıqlarının ikinci raundu Romada baş tuta bilər

Aprelin 19-da ABŞ və İran arasında nüvə danışıqlarının növbəti raundu Romada keçirilə bilər.


Manset.az xəbər verir ki, bu barədə "Axios" xəbər agentliyi məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, ABŞ və İran rəsmiləri arasında görüş Omanın Maskat şəhərindəki dolayı danışıqlardan fərqli olaraq, bir otaqda üzbəüz formatda baş tutacaq. Omanlı vasitəçilər də görüşdə iştirak edə bilər.

Axios qeyd edib ki, ABŞ və İran rəsmiləri arasında keçiriləcək ikinci görüşdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ölkənin nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.

Aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Tehran və Vaşinqton nümayəndələri arasında ilk məsləhətləşmələr keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. İkinci tur aprelin 19-da baş tutacaq.Bazar günü İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, İran və ABŞ arasında dolayı danışıqların ikinci raundu Omanda keçirilməyə bilər, lakin bu ölkə vasitəçi rolunu oynamağa davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv