ABŞ-nin "Newsweek" jurnalı öz saytında Rusiya, ABŞ və Çin arasında dünyanın bölüşdürülməsini əyani şəkildə göstərən xəritə dərc edib. Xəritə Ukraynada münaqişənin bitməsi nəticəsində yarana biləcək vəziyyəti əks etdirir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, jurnal Rusiya və ABŞ arasında davam edən danışıqları qlobal şahmat oyununun bir hissəsi adlandırır.
Gələcək nüfuz dairələri rənglərlə göstərilib:
- Qırmızı: Rusiya - bütün Avropa (Böyük Britaniya daxil), Türkiyə və Cənubi Qafqaz;
- Göy: ABŞ - bütün Şimali Amerika və Qrenlandiya;
- Sarı: Çin - Cənub-Şərqi Asiya, Yaponiya, Hindistan və Pakistan.
Xəritədə həmçinin heç bir bloka aid edilməyən boz rənglərlə göstərilən ölkələr və regionlar da var: Cənubi Amerika, Afrika, Avstraliya və Yaxın Şərq.