Qadın 41 il əvvəl törətdiyi qətlə görə saxlanıldı

08:00 - 14 Aprel 2025

Qadın 41 il əvvəl törətdiyi qətlə görə saxlanıldı

Rusiyanın Volqoqrad vilayətində 41 il əvvəl törədilən qətldə şübhəli bilinən qadın saxlanılıb.


Manset.az Lent.az-a istinadla bildirir ki, 1984-cü ildə Yelşanka kəndində yerli sakinin başında deşik olan meyiti tapılıb. 20 yaşlı qız şübhə bilinsə də, qaça bilib. 40 illik axtarışdan sonra o, saxta sənədlərlə yaşadığı Tambov vilayətində tapılıb.

İstintaq müəyyən edib ki, qətlin motivi qan davası olub: zərərçəkən hadisə baş verən gün düşməninin qayınatasını öldürüb. Qayınatanın qətli ilə bağlı cinayət işi təqsirkarın ölümü ilə bağlı bağlanıb.

Saxlanılan şəxs barəsində “ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv