"Siqaretlərin bahalaşması ilə bağlı yayılan xəbərlər yalandır".
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkətdən məlumat verilib:
"Bəzi saytlar və sosial şəbəkələrin siqaretlərin qiymətlərinin artırılması ilə bağlı xəbərləri doğru deyil".
Qeyd edilib ki, "OBA" marketlər şəbəkəsinin mağazaları özbaşına qiymət artımı edib:
"Siqaretlərin bahalaşması ilə bağlı xəbərlər yalandır. İstehsalçı şirkət olaraq, heç bir qiymət artımı etməmişik. OBA marketlər şəbəkəsinin mağazaları özbaşına qiymət artımı edib".
***
19:13
Azərbaycanda siqaret qiymətləri yenidən bahalaşıb.
Manset.az xəbər verir ki, bu haqda "Operativ Media” xəbər yayıb.
Belə ki, bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artırılıb.
Artıq marketlərdə siqaretlər yeni qiymətlə təklif olunur.
Qeyd edək ki, "Kent”, "Sobranie”, "Winston” kimi bəzi siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.