ABŞ və İran danışıqların yerini dəyişə bilər

17:59 - 13 Aprel 2025

ABŞ və İran danışıqların yerini dəyişə bilər

“İran və ABŞ arasında dolayı danışıqların ikinci raundu Omanda baş tutmaya bilər, lakin Maskat vasitəçi rolunu oynamağa davam edəcək”.

Manset.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

“Biz indi danışıqların Omanda, yoxsa başqa yerdə olacağını müzakirə edirik. Lakin Oman istənilən halda vasitəçi rolunu oynamağa davam edəcək. Qeyd etmək vacibdir ki, format dolayı olaraq qalacaq və Oman vasitəçiliyi ilə danışıqlar davam etdiriləcək”, - deyə o qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv