Türkiyə Prezidenti Suriyaya səfər edəcək

14:49 - 13 Aprel 2025

Türkiyə Prezidenti Suriyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyən nazir vurğulayıb ki, Türkiyə Suriya ilə əlaqədar siyasətində qərarlı və sabitdir.

H.Fidan onu da qeyd edib ki, NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin son toplantısında Suriyanın müdafiəsi ilə bağlı atılacaq diplomatik addımlar müzakirə edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv