ABŞ-də qızılcaya yoluxanların sayı 700-ü keçib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.
Qeyd olunur ki, qızılca epidemiyası ölkənin ştatlarının yarısını əhatə edib. Rəsmilər 25 ştatda 712 nəfərin virusa yoluxduğunu təsdiqləyib.
Xəstəliklərin təxminən üçdə biri 5 yaşa qədər uşaqlarda, digər 38 %-i isə 5-19 yaş qrupunda qeydə alınıb. Bundan başqa, yoluxanların 97 %-i qızılcaya qarşı peyvənd olunmayıb.
Hesabata görə, yoluxanların 11 %-i xəstəxanaya yerləşdirilməli olub. Xəstəliyin yalnız üç halı ölümlə nəticələnib.
Bundan əvvəl ABŞ-nin səhiyyə naziri Robert Kennedi bütün ölkə üzrə insanları qızılcaya qarşı peyvənd etməyə çağırıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, xəstəliklə bağlı vəziyyət pisləşsə, hakimiyyət qəti tədbirlər görəcək.