Arda Gülərin "Real Madrid"dəki gələcəyi ilə bağlı söz-söhbətlər mövsümün sonu yaxınlaşdıqca artmaqda davam edir.
Manset.az xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında oynamaq şansı tapmaqda çətinlik çəkən Arda üçün son transfer iddiası İngiltərədən gəlib.
İddiaya görə, "Arsenal" "Real Madrid"in Arda Güləri heyətinə qatmağı hədəfləyir.
Topçuların Arda Gülərin transferi üçün rəqabətdə önə çıxmaq üçün çox sürətli bir təklif verməyi planlaşdırdığı və Real Madridə 40 milyon avro təklif edəcəyi bildirilib.
19 yaşlı ulduza ən ciddi talib "Arsenal" olsa da, "Liverpul" və "İnter"in də Ardanı yaxından izlədiyi bildirilir.