Tacikistanda zəlzələ - 17 ev dağıldı

12:36 - 13 Aprel 2025

Tacikistanda zəlzələ - 17 ev dağıldı

Tacikistanın Rəşt rayonunda baş vermis 5,9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.

 

Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv