Dünya çempionu 6 illik diskvalifikasiya edildi

11:48 - 13 Aprel 2025

Dünya çempionu 6 illik diskvalifikasiya edildi

Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasında çıxış edən Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib.

Manset.az TASS-a istinadən məlumatına görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

Güləşçi Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb.

Qeyd edək ki, X.Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb. O, həmçinin 2017-ci ildə dünya çempionatının gümüş medalını qazanıb. Güləşçi Serbiya yığmasının heyətində 2023-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv