Dominikan Respublikasında əyləncə məkanının çökməsi nəticəsində ölənlərin sayı artır.
Manset.az xəbər verir ki, bu barədə Respublikanın Fövqəladə Hallar Mərkəzindən məlumat yayılıb.
Dominikan Respublikasında yerləşən "Jet Set" adlı əyləncə məkanının damını çökməsi nəticəsində həyatını itirənlərin sayı 226-ya çatıb. Paytaxt Santo Dominqoda baş verən bu faciə ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
Rəsmilər bildiriblər ki, hadisə nəticəsində 189 nəfər yaralanıb. Dominikan Respublikasının Fövqəladə Hallar Əməliyyat Mərkəzinin məlumatına görə, axtarış-xilasetmə işlərinə və ailələrə psixoloji dəstək göstərilməsi üçün 4 580 nəfər cəlb olunub.